İnşalar

İnsan əməklə ucalır

Hələ lap qədim zamanlardan əmək bəşər həyatının əsasını təşkil etmiş, insanın məhz insan kimi formalaşmasında həlledici mahiyyət daşımışdır. İbtidai insanlar zəruri faydalı əməklə məşğul olmuş və öz tələbatlarını onunla ödəmiş, zəruri yaşayış nemətlərini, əşyalarını onunla əldə etmişlər.

Əmək insan həyatının əsasını təşkil edir. Təsadüfi deyil ki, tarix boyu xalq arasında əməyə dair çoxlu atalar sözü və məsəllər yaranmış, bir çox sənətkarlarımız öz əsərlərində əməyi tərənnüm etmiş, əməkçi insan surətləri yaratmış, əməyin xariqələr yaradan qüdrətindən bəhs etmişlər.

“İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əmək xoşbəxtliyin açarıdır” və s. kimi hikmətli kəlamlar çox maraqlı xalq deyimləridir. Dahi şairimiz Nizmi Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsvir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəti çox maraqlıdır. Burada göstərilir ki, Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocanın yanına gələrək bir qarın çörək üçün belə bir ağır zəhmət tələb edən işlə məşğul olmamasını ona məsləhət bilir. Qoca kişi cavan oğlanın məsləhətindən narazı qalaraq ona belə cavab verir:
Cavansan, belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə.
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac.
Onun üçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.
Qocanın haqlı və ədalətli sözləri gəncə çox böyük təsir göstərir və o, hərəkətindən peşman olaraq üzr istəyərək çıxır gedir.

Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Nizami həyatın mənasını zəhmətdə görür və göstərir ki, insan gərək əməyi sevsin və bununla da ən fəal insanların cərgəsinə daxil olsun. Zəhmətə alışmış hər kəs həyatın da əsl mənasını və gözəlliyini dərk edə bilər.

Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. Ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır. Bu adamların hamısı öz əməkləri ilə ucalmış, cəmiyyətimizin adlı-sanlı adamlarına çevrilmişlər. Mən əminəm ki, vətənimiz həmişə şərəfli əməklə ucalacaq, tərəqqi edəcəkdir.


"Padişahi-Mülk” qitəsi


    Füzulinin ictimai məzmunlu lirik şeirləri sırasında qitələri xüsusi yer tutur. Şairin ən məşhur qitələri sırasında "Padişahi- Mülk...” sözləri ilə başlayan qitədir. Qitə iki hissədən ibarətdir. Birinci hissədə hökmdardan, ikinci hissə isə şairdən danışılır. Füzuli bu hissələri qarşılaşdıraraq kimin daha üstün olmasını açıqlayır. "Padişahi-Mülk...” qitəsində hökmdar rüşvətxor acgöz kimi qələmə verilib. Bu şahın ölkəsində əmin amanlıqdan əsər-əlamət yoxdur. Buna görə də ölkədə üsyan baş verən kimi şahın qoşunu və ölkəsi məhv olur.Şeirdə dövrün ən fəlaktli hadisələrindən biri ardıcıl baş verən qanlı feodal müharibələrin səbəbkarların ölkə padşahlarının ümumiləşdirilmiş obrazı da birinci və üçüncü sətirlərdən diqqəti cəlb edir.
    Qitənin ikinci hissəsində isə şairdən söhbət açılır.Şair şeirdə hökmdarın əməllərinə nünasibətini açıq aydın bildirir. Şair yoxsul olsa da özünü söz aləminin sultanı adlandırır.Şer sənət aləminin sultanı olan şair həyata baxışı, əməli və xasiyyəti ilə işğalçı hökümdarlardan fərqlənir. Şairin ürəklərə yol tapan sözləri,Uca tanrının köməyi ilə qirunu da dənizi də fəth etmək qabiliyyətindədir.Şairin padşahdan üstün cəhəti odur ki,onun söz ordusu heç kimə xətər yetirmir.Lakin şairin padşahdan ən üstün cəhəti odur ki,hökümdarn hakimiyyəti müvəqqəti,sənətkarların sözü isə əbədidir.Füzulinin sujet qurma məharəti,obrazlığı onun kiçik həcmli əsərlərində də özünü aydın büruzə verir. "Pənbeyi-daği cünu”, "Məni candan usandırdı”, "Padişahi-mülk”, "Söz”,və başqa qitələri buna misal ola bilər. Qitələrdə Füzuli sənətkarlığı bəzi ümumi cəhətləri saxlamağa bərabər yeni keyfiyyətlər alır.Burada ağıl, hər şeyi öz adı, ünvanı ilə vermək ütünlük ləşkil edir. "Padişahi-Mülk...” qitəsində şair özü ilə padşahları,sənətkarla ölkə hakimini qarşılaşdırmaq yolu ilə getmişdir.
    Əsas məqsəd şairi tərifləmək olsa da, padşahların tənqidi daha güclü çıxmışdır. M.Füzulinin yazdığı şerlərin məğrur obrazı gözümüzün qabağına gəlir.Şair demək istəyirdi ki,insa nə qədər saf,incə və rəhmdil olarsa bir o qədər xalq içində hörmət və izzət qazanar. Şair əsərdə padşahları tənqid etmiş,hətta tənqid etməklə kifayətlənməmişdir.
    Qitənin nəticə hissəsində şair başına qənaətdən tac qoyduğunu,əbədi olan dünyanı düşündüyünü,on görə də bu fani dünyada heç kimə möhdac olmadığını qürur hissi ilə bildirir.Şairirin yazdığı bu son misralar,əsasən "Şikayətnamə”əsərinə bənzəyir. Əsərdə sənətkarlara xüsuis yer verildiyi üçün fəxriyyə səciyyəsi daşıyır.  

15 yorum:

  1. Ç❤❤❤❤❤X GÖZ❤❤❤llll👍🏻

    YanıtlaSil
  2. mene emek xosbextliyin acaridir o lazi mdi meb munu neyleyirem

    YanıtlaSil
  3. bu nedi bundan pisi yoxdu uzun deyil menasizdi bundan pisi yoxdu

    YanıtlaSil
  4. 🙍🙍🙍🙍👎👎👎👎👎👎🐀🐇🐢🐭🐃🐂🐄🐏🐑🐴🐗🐣🐤🐥 bunlarin hamisi insani yazanadi

    YanıtlaSil
  5. 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝

    YanıtlaSil
  6. İnşani yazanda düz,emelli yazin.Cümleler çoox uzundur😡😡😡

    YanıtlaSil
  7. Mene emek xosbextliyin açaridir haqda inşa lazimiydi bunu neyleyirem😡

    YanıtlaSil
  8. Zəhmət insanı ucaldar haqqında inşa yoxdurr

    YanıtlaSil

User